Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR

Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
SİYASƏT
18:04 15.11.2025
91
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub.

AZXEBER.COM xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qərarı ilə təsis edilən İslam Sivilizasiyası Mərkəzinin təməli 2018-ci ildə qoyulub. Layihənin həyata keçirilməsində yüzlərlə alim, ekspert, həmçinin dini və ictimai xadim iştirak edib. Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda hazırlanmış mərkəz 10 hektardan çox ərazini əhatə edir. Binada 65 metr hündürlüyündə günbəz inşa olunub. Mərkəzə tədqiqat, nadir əlyazmaların milli reyestrinin aparılması, əlyazmalar fondu, kitabxana və arxivlər, nəşriyyat şöbələri və digər şöbələr daxildir.

Buradakı sərgi qalereyasında müxtəlif tarixi dövrlərə aid əşyalar və əsərlər təqdim olunur, əcdadların yaradıcılıq potensialı müasir texnologiyalar və rəqəmsal cihazların köməyi ilə nümayiş etdirilir.

Mərkəzin binasında, həmçinin 100 min əlyazma və bir milyondan çox kitab daxil olmaqla, nəhəng kitabxana və İslam Sivilizasiyası Mərkəzinin elmi şöbəsi, beynəlxalq təşkilatların ofisləri yerləşir. Mərkəzin muzey ekspozisiyası "İslamdan əvvəl sivilizasiyalar”, "Birinci İntibah dövrü”, "İkinci İntibah dövrü”, "XX əsrdə Özbəkistan”, "Yeni Özbəkistan – Üçüncü İntibahın əsası” və "Müqəddəs Quran” adlı zallardan ibarətdir.

Ekspozisiyanın mərkəzində yerləşən "Müqəddəs Quran” zalında müsəlman dünyasının mənəvi incisi – "Osman Quranı” saxlanılır. Zalda Samanilər, Qaraxanlılar, Xarəzmşahlar, Teymurilər və digər sülalələr dövründə yazılmış "Quran”ın əlyazma nüsxələri, həmçinin onların özbək dilinə tərcümələri təqdim olunur. Mərkəzdə dini-maarifləndirici və innovativ media layihələri reallaşdırılıb.

Holoqrafiya, qurğular və proyeksiya texnologiyalarının köməyi ilə "Zaman divarı” nəhəng multimedia panelində müxtəlif dövrlərin ən mühüm tarixi mərhələləri, böyük kəşflər və görkəmli şəxsiyyətlər barədə məlumat verilir. Bu Mərkəz UNESCO və ICESCO da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
09:16 11.03.2026
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
09:12 11.03.2026
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
İranda “qara yağış” yağdı - Fotolar
09:06 11.03.2026
İranda “qara yağış” yağdı - Fotolar
Bakı metrosunda tüstülənmə oldu
08:57 11.03.2026
Bakı metrosunda tüstülənmə oldu
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
08:51 11.03.2026
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:46 11.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO