Prezident doktorluq dissertasiyasını özü yazmayıb – İSTEFA TƏLƏBİ

Prezident doktorluq dissertasiyasını özü yazmayıb – İSTEFA TƏLƏBİ
DÜNYA
14:50 29.03.2012
2365

Macarıstan prezidenti Pol Şmidt plagiatda ittiham edilir.

AZXEBER.COM-un “trtazerbaycan”a istinadən verdiyi xəbərə görə, ölkə parlamentinin binası qarşısına toplanan yüzlərlə insan prezidentin doktorluq dissertasiyasının plagiat olduğunu bildirərək onun istefasını tələb edib.

Nümayişçilər saxtakar bir prezidentin ölkəni idarə etmək haqqının olmadığını bildiriblər.

Pol Şmidt isə 1992-ci ildə yazdığı modern Olimpiya Oyunları ilə bağlı dissertasiyanın tamamilə özünə aid olduğunu, plagiat olmadığını, dissertasiyanı yazarkən müxtəlif mənbələrə istinad etdiyini deyib.

Macarıstanın nüfuzlu iqtisadiyyat dərgilərindən olan HVG isə Macarıstan prezidentinin dissertasiyasının 80 faizindən çoxunun 1987-ci ildə bolqar əsilli idman professoru Nikolay Georgiyevin yazdığı dissertasiyadan köçürüldüyünü yazıb.

OXŞAR XƏBƏRLƏR