Prezident: "Düşmən hesab edirdi ki, bizim uğurlu hücumumuzun qarşısını ala bilər"

Prezident: "Düşmən hesab edirdi ki, bizim uğurlu hücumumuzun qarşısını ala bilər"
SİYASƏT
16:43 11.11.2020
506

"Biz çalışırdıq ki, bu məsələ sülh yolu ilə həll olunsun. O cümlədən, mən 17 il ərzində ölkə başçısı kimi çalışırdım ki, məsələ sülh yolu ilə həll olunsun və bu məsələnin uzanmasının əsas səbəbi də budur. Bir də beynəlxalq vasitəçilər bizi inandırırdılar ki, bu məsələ sülh yolu ilə həll oluna bilər. Ancaq son bir il ərzində gördük ki, bizi sadəcə olaraq aldadırlar, sülh prosesi demək olar, iflic vəziyyətə düşmüşdü. Ermənistanın yeni rəhbərliyi qəbuledilməz, zərərli addımlar və ifadələrlə faktiki olaraq danışıqlar prosesini məhv etmişdi və son aylar ərzində bunu heç də gizlətmirdi. Nümayişkaranə elə addımlar atılırdı ki, həm bizə, həm bütün dünyaya göstərsinlər ki, işğal edilmiş torpaqlar əbədi işğal altında qalacaq”.

AZXEBER.COM xəbər verir ki, bunu noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə deyib.

"Onlar müxtəlif xəritələr dərc etmişdilər. Bu xəritələrdə "Dağlıq Qarabağ Respublikası”nın sərhədlərini müəyyən etmişdilər, o sərhədlərin içərisinə bütün işğal edilmiş torpaqlar da daxil idi. Onlar bizim tarixi şəhərlərimizin adlarını dəyişdirmişdilər, yeni eybəcər adlar vermişdilər. Bütün kəndlərimizin adlarını dəyişdirmişdilər. Tarixi-mədəni irsimizi silmək istəyirdilər. Xaricdən erməniləri Şuşaya gətirib məskunlaşdırmaq istəyirdilər. Yeni kommunikasiyaların, yolların çəkilişi nəticəsində o məskunlaşmanı, xüsusilə Arazboyu yerləşən rayonlarda o məskunlaşmanı sürətləndirmək istəyirdilər. Xaricdə yaşayan ermənilərin maliyyə və siyasi dəstəyi hesabına bir neçə ölkədə bəzi bələdiyyələr artıq "Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qərarlar qəbul etmişdilər. Bütün bunlar nəyi göstərir? Bütün bunlar onu göstərir ki, onlar hesab edirdilər, bax, bu yollarla həm işğalı qanuniləşdirəcəklər, həm də qondarma kriminal qurumun tanıdılması istiqamətində uğurlar qazanacaqlar. Görəndə ki, bizi, sadəcə olaraq, aldadırlar, bizi, müqəddəs yerlərimizi təhqir etməyə çalışırlar, biz sözümüzü dedik və mən bunu gizlətmirdim. Bütün bu dövr ərzində - 17 il ərzində demişdim ki, əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik. Kim nə deyir-desin, bu gün də eyni fikirdəyəm, eyni sözlərimi deyirəm. Bu 44 gün ərzində mənə nə qədər zənglər oldu, nə qədər siqnallar göndərildi ki, dayanın, dayanın. Deyirdim ki, şərt qoyuram düşmən qarşısında, çıxsın torpaqlarımızdan biz dayanaq. Bəyanat versin ki, çıxıram, biz dayanaq. Cədvəl versin, tarix versin, biz dayanaq. Amma düşmən hesab edirdi ki, bizim uğurlu hücumumuzun qarşısını ala bilər”, - o qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Get cazını oxu, Fikrət Əmirova toxunma!" - Sevda Ələkbərzadəyə irad
11:06 24.06.2025
"Get cazını oxu, Fikrət Əmirova toxunma!" - Sevda Ələkbərzadəyə irad
"Xaricdə təhsil proqramına 1000-dən çox müraciət daxil olub" - Nazir
11:03 24.06.2025
"Xaricdə təhsil proqramına 1000-dən çox müraciət daxil olub" - Nazir
Netanyahunun ofisi: İrana qarşı hərbi əməliyyatın bütün məqsədlərinə çatmışıq
10:57 24.06.2025
Netanyahunun ofisi: İrana qarşı hərbi əməliyyatın bütün məqsədlərinə çatmışıq
Sabunçuda dayanacaqdan kənarda park edilən avtomobillərə cərimələr yazılır? - VİDEO
10:45 24.06.2025
Sabunçuda dayanacaqdan kənarda park edilən avtomobillərə cərimələr yazılır? - VİDEO
"İnsanlar heç vaxt dəyişmir" - Vüsalə
10:43 24.06.2025
"İnsanlar heç vaxt dəyişmir" - Vüsalə
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
10:39 24.06.2025
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
10:32 24.06.2025
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
“Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, bir o qədər yaxşı olacaq”
10:25 24.06.2025
“Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, bir o qədər yaxşı olacaq”
İsrailin hava zərbələrində İranın dövlət elektrik şirkətinin baş meneceri ölüb
10:18 24.06.2025
İsrailin hava zərbələrində İranın dövlət elektrik şirkətinin baş meneceri ölüb
DİM: İdmandan qabiliyyət imtahanları 4 normativ üzrə götürülür
10:17 24.06.2025
DİM: İdmandan qabiliyyət imtahanları 4 normativ üzrə götürülür
İlham Əliyev: Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır
10:14 24.06.2025
İlham Əliyev: Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır
"İnstaqram" dan yenilik - "20 dəqiqəlik "Reels" videoları"
10:13 24.06.2025
"İnstaqram" dan yenilik - "20 dəqiqəlik "Reels" videoları"
Dövlət başçısı: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir
10:04 24.06.2025
Dövlət başçısı: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir
İsrailin Gilana zərbəsi nəticəsində 9 nəfər mülki şəxs ölüb, 33 nəfər yaralanıb
10:02 24.06.2025
İsrailin Gilana zərbəsi nəticəsində 9 nəfər mülki şəxs ölüb, 33 nəfər yaralanıb
Bu rayonlara yağış yağıb - Faktiki hava
09:58 24.06.2025
Bu rayonlara yağış yağıb - Faktiki hava
Prezident: Son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq
09:54 24.06.2025
Prezident: Son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq