Azərbaycan prezidenti İlham Əliyev Elçin İsağa oğlu Quliyevin "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM-un məlumatına görə, E. Quliyev Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisidir.