Prezident Əli Əsədovu təltif etdi

Prezident Əli Əsədovu təltif etdi
SİYASƏT
20:25 30.11.2016
1373
Azərbaycan prezidenti İlham Əliyev Əli Əsədovun 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Ə. Əsədov dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, Əli Əsədov Azərbaycan prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavinidir.
OXŞAR XƏBƏRLƏR