Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi görüşlər keçirmək üçün Almaniyanın paytaxtı Berlinə gəlib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.
Görüşdə İsrailin Qəzzaya hücumları, Türkiyə ilə Almaniya arasındakı ikitərəfli əlaqələr və qlobal problemlər müzakirə edilib.
Rəcəb Tayyib Ərdoğan görüşdə İsrailin Fələstin torpaqlarına hücumlarına son qoyulmalı olduğunu və insan haqlarının pozulmasına bütün dünyanın reaksiyasının vacib olduğunu bildirib.