Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan millət vəkili Tuncay Özkana qarşı 250 min lirəlik (təxminən: 12500 manat) iddia qaldırıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, millət vəkilinin prezidenti təhqir etməsi səbəb olaraq göstərilib.
Prezident Ərdoğanın vəkili Hüseyn Aydın açıqlamasında, "Prezidentimizi hədəf alan əsassız və dəyərsiz açıqlamalarına görə CHP İzmir Millət vəkili Tuncay Özkana 250 min lirəlik təzminat davası açılıb” deyib.
Aydın bildirib ki, Özkana qarşı Ankara Respublika Baş Prokurorluğuna prezidenti təhqir etmək ittihamı ilə də şikayət veriblər.
Oksana