Prezident: Ermənistanla sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək

Prezident: Ermənistanla sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək
SİYASƏT
13:49 07.10.2025
157
İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, Vaşinqton Zirvəsi çərçivəsində ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırılıb.

"Biz Ermənistanın işğalını heç vaxt unutmayacağıq, şəhidlərimizin xatirəsini əziz saxlayacağıq, onların qanını biz döyüş meydanında aldıq”, - Prezident İlham Əliyev bildirib.
 

OXŞAR XƏBƏRLƏR