Prezident əsgərlərlə birlikdə yemək yedi - FOTOLAR + VİDEO
DÜNYA
01:36 21.04.2015
2332
Ukrayna prezidenti Pyotr Poroşenko öz Facebook səhifəsində maraqlı şəkillər paylaşıb.Şəkillər Ukrayna liderinin amerikalı əsgərlərlə nahar zamanı çəkilib.Poroşenko “Fearless Guardian-2015” təlimlərində iştirak etmək üçün Lvova gələn ABŞ əsgərləri ilə görüşərək onlarla bir süfrə arxasında oturub.Prezident təlimlərdə iştirak edən Ukrayna və ABŞ hərbçilərinə, ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payettuya müraciət edərək qeyd etdi ki, bu miqyasda birgə təlimlər Ukraynada ilk dəfədir ki, keçirilir."Təlimlərin keçirildiyi şərait unikaldır. Ukraynanın şərq sərhədi xarici dövlət tərəfindən tammiqyaslı təcavüz olunur. Bu Ukraynaya qarşı çoxplanlı hibrid müharibədir", - deyə Poroşenko deyib.