Prezident Çexiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR

Prezident Çexiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR
Siyasət
16:37 12.07.2022
635
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçekin etimadnaməsini qəbul edib.

AZXEBER.COM xəbər verir ki, Milan Sedlaçek etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Səfir Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını dövlətimizin başçısına çatdırıb. Bildirib ki, Çexiyanın dövlət başçısı ona Azərbaycanla əməkdaşlığın, xüsusilə iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı tapşırıqlar verib.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Çexiyanın dövlət başçısına çatdırmağı xahiş edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında yüksək səviyyədə səfərlərin, o cümlədən nümayəndə heyətlərinin mütəmadi təmaslarının ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd edərək, iqtisadi əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı ticarətin həcminin artırılması üçün yaxşı potensialın olduğunu bildirib. Prezident İlham Əliyev ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığa da toxunub.

Azərbaycan Prezidenti, eyni zamanda, sənaye, kənd təsərrüfatı, müasir texnologiyalar sahələrində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib, nəqliyyat infrastrukturu ilə bağlı məsələlərin önəmini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycandan keçərək Şərqdən Qərbə yükdaşımaların həcminin artmasını nəzərə alaraq bu sahədə də əməkdaşlıq baxımından imkanlar mövcuddur. Prezident İlham Əliyev, həmçinin biznes dairələri arasında əlaqələrin genişlənməsi və qarşılıqlı investisiya qoyuluşu imkanlarının araşdırılmasının da əhəmiyyətini vurğulayıb.

Səfir ölkəsinin Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, digər layihələrə də toxunub, Çexiyanın Ələt Azad İqtisadi Zonasına və işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərinə böyük maraq göstərdiyini bildirib.

Söhbət zamanı humanitar, elm, təhsil, turizm sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!