General-mayor Natiq Əliyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.
Müdafiə Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, bu barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq sərəncam imzalayıb.