Prezidentin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanun layihəsi payız sessiyasında müzakirəyə çıxarılacaq
Azərbaycanda Prezidentin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanun layihəsi hazırlanmağa başlanılıb. Layihə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarıla bilər. Bu barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə bildirib. Onun sözlərinə görə, bu qanuna ciddi ehtiyac var. "Prezidenti xalq seçir, ona ali səlahiyyətlər verilir və Prezidentin şərəf və ləyaqətinin qorunması çox vacibdir". Vise-spiker işlənib qurtardıqdan sonra layihənin müəyyən ekspertizalardan keçəcəyini qeyd edib. Layihənin hazırlanmasına Z.Əsgərov şəxsən özü rəhbərlik edir. "Bunun üçün biz Konstitusiyanın 106-cı maddəsini əsas götürmüşük. Artıq layihənin adı da rəsmi olaraq müəyyənləşib, "Azərbaycan Respublikasının Prezidentinin şərəf və ləyaqətinin qorunması haqqında" qanun layihəsi adlanır".