Hazırda prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti Başçıları və müvafiq qurumların rəhbərləri ilə görüş keçirilir.
AZXEBER.COM xəbər verir ki, görüş “Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı”nın icrasına həsr olunub.
Görüşdə regionlarda görülən işlər haqqında məlumatlar verilir, sözügedən proqramın icrası təhlil olunur və hesabat məruzələri dinlənilir.