Prezident İlham Əliyev: 'ASAN Azərbaycanın brendidir'

SİYASƏT
10:11 25.05.2013
1710

“ASAN xidmət”in yaradılması Azərbaycanda aparılan ciddi islahatların təzahürüdür.

AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidentiİlham ƏliyevVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Xətai “ASAN xidmət” mərkəzinin açılışında deyib.“Bu, yeni sistemdir. Bu, Azərbaycan brendidir”.Prezident qeyd edib ki, bildiyimə görə, indi başqa ölkələrdə də bu təcrübə öyrənilir.“Baxmayaraq ki, biz təzə başlamışıq, ancaq qısa müddət ərzində 100 minə qədər vətəndaş artıq “ASAN xidmət”ə müraciət etmişdir və yüksək xidmət almışdır. Bu, yenilikdir, müasirlikdir, ölkəmizin inkişafıdır”.Dövlət başçısı vurğulayıb ki, “ASAN xidmət”in bir neçə əsas fəaliyyət istiqaməti vardır.“Onların arasında insanlara yüksək səviyyəli xidmət məsələsi ön plandadır. Eyni zamanda, bu sistem vasitəsilə xoşagəlməz halların qarşısı alınır, korrupsiyaya qarşı mübarizə daha da gözəl səmərə verir, bürokratiyaya qarşı mübarizə artıq “ASAN xidmət” vasitəsilə yeni pilləyə qalxır. “ASAN xidmət”in fəaliyyəti innovasiya, müasirlik, texnologiyalar, bilik deməkdir”.İ.Əliyevin sözlərinə əsasən, eyni zamanda, könüllülərin fəaliyyəti də cəmiyyətdə yeni bir davranış qaydalarının tətbiqi deməkdir.“Bu, çox nəcib və doğrudan da, çox təqdirəlayiq bir funksiyadır.Gənclər təmənnasız bu işlərə qoşulur - vətəndaşlara kömək göstərmək, cəmiyyətdə öz fəaliyyətini daha da uğurla aparmaq və ümumi işimizə töhfə vermək üçün.Yəni, görürsünüz ki, “ASAN xidmət”in təməlində nə qədər gözəl amillər birləşir: müasirlik, yenilik, insanların vətəndaşlıq borcunun yerinə yetirilməsi, gənclərin bu işlərə qoşulması”.Prezident vurğulayıb ki, bu xidmət ölkəmizin ümumu inkişafı ilə də tam uzlaşır.Çünki bu gün doğrudan da, Azərbaycanda müasir dövlət qurulur, yeni texnologiyalar tətbiq edilir. Dünyanın ən qabaqcıl, mütərəqqi təcrübəsi Azərbaycanda tətbiq olunur.Bu, ümumiyyətlə, bizim siyasi xəttimizdir. Ancaq “ASAN xidmət”in üstünlüyü ondan ibarətdir ki, artıq Azərbaycan da müasir texnologiyaları tətbiq edir. Başqa ölkələr bizdə olan təcrübəni öyrənəcək və faydalanacaqdır.Qısa müddət ərzində 100 min vətəndaşın bu xidmətdən istifadə etməsi əlbəttə ki, xidmətin artıq cəmiyyətdə yüksək qiymətə layiq olduğunu göstərir”.

OXŞAR XƏBƏRLƏR