Sentyabrın 17-də Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olub.
AZXEBER.COM AzerTac-a istinadən xəbər verir ki, İlham Əliyev mərkəzin açılışında iştirak edib.
Dövlət başçısı mərkəzin fəaliyyəti ilə tanış olub. Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verib ki, Bakının Yasamal, Səbail və Qaradağ rayonlarının əhalisinə xidmət göstərəcək mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasında həyata keçiriləcəkdir. Bunun üçün ən müasir avadanlıq quraşdırılıb.
Bildirildi ki, mərkəzdə ilk dəfə olaraq elektron şikayət köşkü və elektron rəy sorğusu xidmətləri göstəriləcək. Elektron şikayət köşkündə “Skype” vasitəsilə vətəndaşların online qəbulu keçirilərək onların şikayətlərinə operativ şəkildə baxılacaq.
Elektron rəy sorğusu vasitəsilə isə gündəlik vətəndaş məmnunluğunun səviyyəsi müəyyən ediləcək.
Qeyd eilib ki, mərkəz daim internetə açıq olan kompyuterlərlə təchiz edilib. Burada vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanmaları üçün şərait yaradılıb. Mərkəzdə əlillər üçün də hər cür imkan var. Gözdən əlillərin sərbəst hərəkəti üçün isə döşəməyə xüsusi örtüklər vurulub, lövhələr onların oxuya bildiyi müvafiq hərflərlə hazırlanıb.
Azərbaycan prezidentinə “ASAN imza” sertifikatı və “ASAN imza” Sim kartı təqdim edilib.
Dövlət başçısı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
![](/file/pic/xeber/2013-09-17/85810.jpg)
![](/file/pic/xeber/2013-09-17/85811.jpg)
![](/file/pic/xeber/2013-09-17/85812.jpg)
![](/file/pic/xeber/2013-09-17/85813.jpg)
![](/file/pic/xeber/2013-09-17/85817.jpg)
![](/file/pic/xeber/2013-09-17/85819.jpg)
![](/file/pic/xeber/2013-09-17/85822.jpg)
![](/file/pic/xeber/2013-09-17/85824.jpg)
![](/file/pic/xeber/2013-09-17/85826.jpg)
![](/file/pic/xeber/2013-09-17/85829.jpg)