Prezident İlham Əliyev: 'Bakıda, Sumqayıtda, Gəncədə və Mingəçevirdə böyük texnoparklar tikiləcək'

Prezident İlham Əliyev:
SİYASƏT
10:45 02.07.2013
2053
"Son 10 il ərzində Azərbaycanda 14 elektrik stansiyası tikilib. Ümumi stansiyaların sayı isə 23-dür. On il ərzində təxminən üç min meqavat gücündə stansiyalar tikilib və hazırda ümumi generasiya gücümüz 6 min meqavatdır. Bu stansiyada ən son texnologiyalar tətbiq edilib, ən müasir standartlara cavab verir". Bunu Azərbaycan prezidenti İlham Əliyev “Cənub” Elektrik Stansiyasının açılışında çıxışı zamanı deyib.O, qeyd edib ki, əgər son 10 il ərzində 14 elektrik stansiyası tikilməsə idi, biz bu gün indiki iqtisadi inkişafa nail ola bilməzdik. Çünki Azərbaycanda hər il çoxlu sayda yeni müəssisə tikilir, yeni zavodlar, fabriklər açılır və beləliklə, ölkənin sürətli inkişafı təmin edilir.İ.Əliyev Azərbaycanda istehsal edilən enerji tələbatdan həmişə artıq olmalı olduğunu deyib. "Bu gün bizdə hələ ehtiyat vardır ki, sənayenin inkişafı davam etsin. Eyni zamanda, yeni stansiyaların tikintisi də nəzərdə tutulur. Gələn illərdə 2 min meqavat gücündə olan yeni stansiyalar tikilməlidir".Prezident eyni zamanda, bərpa olunan elektrik enerjisinin yaradılması ilə ciddi məşğul olunduğunu deyib. "Su elektrik stansiyaları tikilir, günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur və beləliklə, Azərbaycanda enerji sektorunda bütün məsələlər uğurla inkişaf edir və uğurla öz həllini tapır.Azərbaycanın inkişafı dünya miqyasında artıq bir reallıqdır. Bu inkişaf son 10 il ərzində özünü daha da çox göstərib. Bu ilin 5 ayında qeyri-neft sektorumuz daha çox sənaye müəssisələrinin fəaliyyəti hesabına 11 faiz artıb. Əlbəttə, generasiya güclərinin yaradılması və inkişafı ümumi inkişafımıza xidmət göstərir. Bununla bərabər, Azərbaycan hazırda elektrik enerjisini qonşu ölkələrə də ixrac edir və əlbəttə, bu da bizim iqtisadi gücümüzü artırır”.Prezidentin sözlərinə görə, energetika hər bir ölkənin əsas sahəsidir: “Energetika inkişaf etmədən heç bir ölkə inkişaf edə bilməz. İnkişaf üçün mütləq generasiya gücləri lazımdır. Biz bu gücləri yaradırıq və yaradacağıq. Bununla bərabər, hazırda biz daha çox ötürücü xətlərə, paylayıcı şəbəkələrə diqqət yetiririk. Çünki generasiya gücləri yarandıqdan sonra əlbəttə ki, diqqət bu istiqamətə yönəldilməlidir. Biz bunu edirik ki, enerji məsələləri tam şəkildə həllini tapsın. Ümumiyyətlə, Azərbaycanda enerji təhlükəsizliyi məsələləri uğurla icra edilir. Biz bütün vəzifələri ardıcıllıqla icra edirik. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, enerji təhlükəsizliyini özü 100 faiz təmin edir. Bu, təbii resursların işlənməsi sahəsində özünü büruzə verir, eyni zamanda, generasiya güclərinin yaradılması da bu istiqamətdə bizə kömək göstərir”.Prezident qeyd edib ki, enerji təhlükəsizliyi məsələləri hər bir ölkə üçün böyük əhəmiyyət daşıyır: “Hər bir ölkə çalışmalıdır ki, enerji təhlükəsizliyini təmin etsin. Bunsuz müstəqil inkişaf mümkün deyildir. Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin edib, eyni zamanda, digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynayır. Bu yaxınlarda qəbul edilmiş qərarlar Azərbaycanı dünya miqyasında, qlobal müstəvidə çox ciddi tərəfdaşa çevirir. Azərbaycan öz enerji resurslarını artıq neçə ildir ki, dünya bazarlarına çıxarır. Gələcəkdə təbii ehtiyatlarımızın dünya bazarlarına çıxarılması üçün əlavə imkanlar yaranır.Bu, o deməkdir ki, Azərbaycan bundan sonra uzun illər ərzində öz iqtisadi gələcəyini təmin edir. Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı üçün şərait yaradılır. Azərbaycanın dünyadakı rolu artır və yeri möhkəmlənir. Bu, ölkəmizin gücünü artıracaq. Çünki biz enerji siyasətimizi uğurla aparırıq və bu siyasət bəhrəsini verməkdədir. Biz bu siyasətdən əldə edilmiş gəlirləri bütün başqa sahələrə yönəldirik.Bu stansiyanın tikilməsi də enerji siyasətimizin təzahürüdür. Düzdür, bu stansiyanın tikilməsində xarici banklar və fondlar bizə dəstək olub. Ancaq əgər Azərbaycanın güclü maliyyə və iqtisadi imkanları olmasaydı, biz bu kreditləri ala bilməzdik. Amma bununla bərabər, indi biz özümüz kreditlər veririk və Azərbaycanın maliyyə vəziyyəti çox möhkəmdir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
15:18 10.03.2026
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
15:18 10.03.2026
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:09 10.03.2026
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
15:04 10.03.2026
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
Naxçıvanda  pirotexniki vasitələr satan şəxslər saxlanıldı
15:00 10.03.2026
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanıldı
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
14:42 10.03.2026
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"