Prezident İlham Əliyev BMT-nin nümayəndələrini qəbul etdi

Prezident İlham Əliyev BMT-nin nümayəndələrini qəbul etdi
SİYASƏT
17:10 29.10.2014
1573

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da BMT-nin ictimai məlumat şöbəsinin rəhbəri Maher Nasseri, BMT baş katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad Alhendavini, Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Samardjiç-Markoviçi və UNESCO baş direktorunun köməkçisi Lalla Aişa Ben Barkanı qəbul edib.

AZXEBER.COMAzərTAc-a istinadən xəbər verir ki, BMT-nin ictimai məlumat şöbəsinin rəhbəri Maher Nasser Gənclər siyasəti üzrə birinci qlobal forumun yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi, Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. O, BMT-nin baş katibi Pan Gi Munun tədbirə böyük maraq göstərdiyini vurğuladı və baş katibin forum iştirakçılarına videomüraciətinin önəmini qeyd etdi. Maher Nasser Gənclər siyasəti üzrə birinci qlobal forumun ilk dəfə Bakıda keçirilməsinin gənclər siyasəti sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından çox önəmli olduğunu dedi. BMT baş katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad Alhendavi tədbirin BMT-nin gənclər siyasəti üzrə ilk qlobal forumu olmasının önəmini vurğuladı. O, forumun bu günədək bu sahədə ən çox ölkə və nümayəndənin bir araya gəldiyi tədbir olduğunu qeyd etdi. Ahmad Rafi Mohamad Alhendavi forumun yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Gənclər siyasəti üzrə birinci qlobal forumun Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd etdi. BMT-nin baş katibi Pan Gi Munun foruma ünvanladığı videomüraciətini tədbirə beynəlxalq səviyyədə verilən önəmin ifadəsi kimi dəyərləndirən dövlətimizin başçısı Azərbaycanın artıq çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini qeyd etdi, bunun ölkələr və xalqlar arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyini vurğuladı.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
21:27 18.06.2026
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
21:25 18.06.2026
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
21:15 18.06.2026
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
19:27 18.06.2026
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
19:12 18.06.2026
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
18:59 18.06.2026
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib