Prezident İlham Əliyev AGF-nin vitse-prezidenti Cavanşir Qurbanovu təltif etdi - Sərəncam

Prezident İlham Əliyev AGF-nin vitse-prezidenti Cavanşir Qurbanovu təltif etdi - Sərəncam
SOSİAL
18:21 06.12.2017
1336
Prezident İlham Əliyev Cavanşir Qurbanovun 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
AZXEBER.COM xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında idman sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Kazım oğlu Qurbanov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
 
Qeyd edək ki, Cavanşir Qurbanov Azərbaycan Güləş Federasiyasının vitse-prezidentidir. Onun 70 yaşı tamam olur
OXŞAR XƏBƏRLƏR