Prezident İlham Əliyev: "Dağlıq Qarabağ bizim daxili işimizdir" - VİDEO

Prezident İlham Əliyev: "Dağlıq Qarabağ bizim daxili işimizdir" - VİDEO
SİYASƏT
15:21 09.02.2017
3723
"Dekabr ayındakı növbəti təxribatın məqsədi aydın idi”.
 
AZXEBER.COM Azərtac-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşündə deyib. "Çünki keçən ilin aprel ayında erməni silahlı qüvvələri bizə qarşı silahlı təxribat göstərməyə cəhd ediblər. Ancaq bu təxribat nəticəsində özləri peşman oldular. Azərbaycan Ordusu onlara elə bir zərbə vurdu ki, bu günə qədər də özlərinə gələ bilmirlər. Aprel döyüşlərindən sonra nəinki Ermənistan ordusu, Ermənistan dövləti silkələndi, generallar paqonlarını, vəzifələrini itirdilər, Ermənistan cəmiyyətində təşviş hökm sürürdü və bu gün də davam edir”.
 
Ali Baş Komandan bildirib ki, Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad edib, indi o torpaqlarda bərpa işləri aparılır və Azərbaycan vətəndaşları o torpaqlara qayıdacaqlar: "Ermənistan çox çalışdı ki, aprel döyüşlərindən sonra bu məsələyə beynəlxalq don geyindirsin. Çox çalışdı ki, Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu məsələ ilə bağlı mövqeyini bildirsin. Halbuki bunun üçün heç bir hüquqi əsas yoxdur. Biz öz torpağımızdayıq, bizim Ermənistan torpağına iddiamız yoxdur, baxmayaraq ki, hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Ancaq biz öz torpağımızı heç kimə verən deyilik. Ona görə, aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik və toqquşma bizim daxili işimizdir".
 
Prezident qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı məhz belə tanıyır və münaqişənin həlli yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər: "Apreldən sonra Ermənistan müxtəlif yollarla çalışırdı ki, bu məsələyə digər ölkələri cəlb etsin. Ancaq onların bütün səyləri boşa çıxdı, heç bir nəticə vermədi. Məhz Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatın törədilməsi bu məqsədi güdürdü ki, Ermənistan üzv olduğu təşkilatı bu işə cəlb etsin. Bu dəfə də alınmadı. Ona görə ki, Azərbaycan Çingizin simasında bir daha qəhrəmanlıq göstərdi. Ona görə ki, Ermənistan bir daha gördü ki, hətta bir əsgərimiz onların canlı qüvvəsinə bərpaolunmaz zərbə vura bilər və belə də oldu. Biz öz torpağımızı müdafiə edirik, bizim işimiz haqq işidir”. İlham Əliyev bildirib ki, bu məsələdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bütün Azərbaycan cəmiyyəti birdir, həmrəylik göstərir, bu bizim ümumi məsələmizdir və biz haqlıyıq: "Çünki həm tarix, həm də beynəlxalq hüquq normaları bizim mövqeyimizi müdafiə edir. Eyni zamanda bu gün Azərbaycan Ermənistanla müqayisədə qat-qat üstün ölkədir - təkcə iqtisadi və hərbi potensialına görə yox. Çingiz kimi övladlarımız bizim üstünlüyümüzü bir daha göstərdi”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO