Prezident İlham Əliyev: 'Ermənistandakı AES region üçün böyük təhlükə doğurur'

SİYASƏT
20:02 14.05.2013
1676
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşüb.Görüşdə baş direktor Yukiya Amano Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini, ölkəmizin nüvə təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğunu bildirdi. Qeyd etdi ki, indiki dövrdə nüvə təhlükəsizliyinin qorunması xüsusi əhəmiyyət daşıyır.Prezident İlham Əliyev nüvə təhlükəsizliyinin təkcə Azərbaycan üçün deyil, region və dünya üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdi və qeyd etdi ki, Ermənistandakı Atom Elektrik Stansiyasının fəaliyyəti bu baxımdan narahatlıq doğurur.Dövlət başçısı həmin Atom Elektrik Stansiyasının region üçün böyük təhlükə doğurduğunu bir daha diqqətə çatdırdı.

OXŞAR XƏBƏRLƏR