Prezident İlham Əliyev filippinli həmkarına başsağlığı verib

SİYASƏT
17:01 11.11.2013
917

Azərbaycan Respublikasının Prezidentiİlham ƏliyevFilippin Respublikasının Prezidenti IIIBeniqno Akinoya başsağlığı məktubu göndərib. AZXEBER.COM AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Ölkənizdə baş vermiş dəhşətli qasırğa nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Filippin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

OXŞAR XƏBƏRLƏR