Prezident İlham Əliyev İordaniya kralını təbrik edib

Prezident İlham Əliyev İordaniya kralını təbrik edib
SİYASƏT
19:27 23.05.2015
1355

Prezident İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

Əlahəzrət, Əziz Qardaşım, İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim sülh və firavanlıq diləyirəm.

OXŞAR XƏBƏRLƏR