Prezident İlham Əliyev Kaladzeyə cavab verdi: “Qaz hətta 100 ilə də çatar”

Prezident İlham Əliyev Kaladzeyə cavab verdi: “Qaz hətta 100 ilə də çatar”
SİYASƏT
00:03 06.11.2015
1177

“Gürcüstana uğurlu səfərim gələcək dinamik əməkdaşlığımız üçün gözəl bir addımdır”.

AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, bu barədə Gürcüstanda ikigünlük rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bildirib.Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq var:

"Biz çox istəyirik ki, iki dövlət arasında ticarət dövriyyəsi daha da artsın. Qarşılıqlı maraq kifayət qədər böyükdür. Azərbaycan Gürcüstana böyük miqdarda sərmayə qoyub. Gürcüstan sərmayə qoyuluşu üçün çox cazibədar ölkədir. Ölkədə çox gözəl sərmayə iqlimi yaradılıb. Biz bu gün enerji və nəqliyyat məsələlərinini geniş şəkildə müzakirə etdik və bir daha öz iradəmizi ortaya qoyduq ki, bu məsələlər və layihələr tezliklə öz həllini tapsın. Xüsusilə Cənub Qaz Dəhlizi, bu gün uğurla icra edilir. Bu dəhlizin, həm Gürcüstan, həm Azərbaycan üçün, həm də Avropa üçün böyük böyük iqtisadi və siyasi mənası var. Əminəm ki, 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə Avropaya böyük həcmdə Azərbaycan qazı çatdırılacaq"İ. Əliyev Cənub Qaz Dəhlizi layihəsinin böyük layihə olduğunu vurğulayıb:

"Bu dəhliz Avropanın ən böyük enerji layihəsidir. Cənub Qaz Dəhlizinin reallaşmasına ən azı 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Azərbaycanın çox zəngin və böyük qaz ehtiyatları var. Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kub metr səviyyəsindədir. Bu o deməkdir ki, bundan sonra ən azı 100 il ərzində Azərbaycan həm özünü, həm qonşu ölkələri, həm də Avropa ölkələrini böyük həcmdə təbii qaz ilə təmin edə biləcək."Prezident İlham Əliyev çıxışında Gürcüstanla Azərbaycanın birgə fəaliyyətini və gələcəkdə bir mövqedən çıxış edəcəyini qeyd edib:

"Bu gün geniş tərkibdəki görüşdə mən məlumat verdim ki, Azərbaycanda tranzit yüklərlə koordinasiya şurası yaradılıb. Biz çox istəyirik ki, Gürcüstan və Azərbaycan yükdaşımalarda bir mövqedən çıxış etsin, biz vahid tarif siyasəti aparaq və ölkələrimizin ərazisindən keçən yüklərin həcmini artıra bilək”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib