Prezident İlham Əliyev korrupsiyadan danışdı

Prezident İlham Əliyev korrupsiyadan danışdı
SİYASƏT
12:45 19.07.2013
1895

“Bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar da bunu qeyd edirlər”

Dünən Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizdən danışıb.

AZXEBER.COM xəbər verir, dövlət başçısı korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gözəl səmərə verdiyini bildirib:

“Bunu həm ölkə əhalisi hiss edir, eyni zamanda, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar da bunu qeyd edirlər. Bu yaxınlarda beynəlxalq təşkilatlar tərəfindən aparılan sorğu da onu göstərir ki, Azərbaycan əhalisi korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı atılan addımları alqışlayır.

Əhalinin təxminən 70 faizi hesab edir ki, Azərbaycanda bu istiqamətdə çox ciddi və səmərəli mübarizə aparılır. Deyə bilərəm ki, dünya miqyasında bu göstərici təxminən 20 faiz səviyyəsindədir. Azərbaycanda isə 70 faiz səviyyəsindədir.

Yəni, budur göstərici və budur gördüyümüz işlərin əsas nəticəsi. Ona görə mən çox şadam ki, bu mübarizə öz səmərəsini verməkdədir. Hesab edirəm ki, biz daha da fəal olmalıyıq. Korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq. Bir daha demək istəyirəm ki, cəza tədbirləri tətbiq olunur və tətbiq olunacaqdır. Eyni zamanda inzibati tədbirlər və sistem xarakterli addımlar atılır və atılacaqdır. Onların içində əlbəttə ki, elektron hökumət, elektron xidmətlər xüsusi yer tutur. “Asan xidmət”in fəaliyyətini mən xüsusi vurğulamaq istəyirəm. Qısa müddət ərzində əhali arasında böyük rəğbət qazanan bu xidmət öz fəaliyyətini genişləndirir. Mənim göstərişimlə orada göstərilən xidmətlərin sayı da artır. Gələcəkdə biz baxmalıyıq ki, orada qısa müddət ərzində toplanan təcrübəni biz başqa sahələrdə də necə tətbiq edə bilək. Biz bunu edəcəyik, bu bizim seçdiyimiz yoldur. Eyni zamanda, əlbəttə ki, dövlət məmurlarının məsuliyyəti də bu məsələdə öz rolunu oynayır, oynamalıdır. Hər bir dövlət məmuru korrupsiyaya qarşı çox ciddi mübarizə aparmalıdır. Hər idarə rəhbəri bu prinsipləri əsas tutmalıdır. Çünki Azərbaycanın sürətli inkişafı reallıqdır.

Gələcəyimiz çox parlaqdır. Azərbaycan bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir, mütləq bu, olacaqdır. Ona görə də biz bütün xoşagəlməz halları aradan götürməliyik və elə etməliyik ki, bu göstəriciyə görə də Azərbaycan dünyada qabaqcıl yerlərdə olsun”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
15:18 10.03.2026
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
15:18 10.03.2026
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:09 10.03.2026
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
15:04 10.03.2026
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
Naxçıvanda  pirotexniki vasitələr satan şəxslər saxlanıldı
15:00 10.03.2026
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanıldı
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
14:42 10.03.2026
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"