Prezident İlham Əliyev "Körfəz Nobeli"nə layiq görüldü - VİDEO

Prezident İlham Əliyev "Körfəz Nobeli"nə layiq görüldü - VİDEO
SİYASƏT
21:38 19.01.2026
672
Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazda həyata keçirdiyi sülh strategiyasına görə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Haber Global" telekanalının süjetində bəhs edilir.
 
Süjetdə bildirilir ki, Cənubi Qafqazda sülh gündəliyini müəyyənləşdirən əsas aktor olan Azərbaycanın sülh strategiyası bütün dünya üçün örnəyə çevrilir.

Bu strategiyanın memarı olan Azərbaycan Prezidenti İlham Əliyev BƏƏ-nin Şeyx Zayed Fondu tərəfindən "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülüb.

Mükafatın Cənubi Qafqazda insanların iztirablarına son qoyan tarixi Sülh Zirvəsi səbəbi ilə verildiyi vurğulanır.

OXŞAR XƏBƏRLƏR