Prezident İlham Əliyev: ‘Müharibə hələ bitməyib’

Prezident İlham Əliyev: ‘Müharibə hələ bitməyib’
SİYASƏT
11:11 26.06.2013
2507

Dövlət başçısı İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibəti ilə Azadlıq meydanında təşkil edilən hərbi paradın açılışında çıxış edib.

Parada dəvət edilən qonaqları salamlayana dövlət başçısı Azərbaycan xalqını Silahlı Qüvvələr günü münasibəti ilə təbrik edib: “Azərbaycan bu gün öz hərbi qüdrətini nümayiş etdirəcək. Ordu quruculuğu bizim üçün ən başlıça prioritet məsələdir. Hər bir ölkə üçün bu belə olmalıdır. Xüsusi ilə müharibə şəraitində yaşayan ölkələr üçün bu əhəmiyyətlidir. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Ordumuz hər zaman işğal edilən torpaqlarımızı azad etməyə hazır olmalıdır. Uzun illərdir bu əldalətsizlik davam edir. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparır”.

Prezident bildirib ki, beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə edirlər: Ancaq Ermənistan beynəlxalq hüququ normalarına məhəl qoymur və işğalı davam edir. Əfsusular olsun ki, danışıqlar nəticə vermir. Belə olan halda ordu quruculuğuna ehtiyac var. Qarabağ tarixi Azərbaycan torpaqlarıdır, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Nəinki bugünki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. İrəvan xanlığı, Göyçə mahalı bizim tarixi torpaqlarımızıdır. Azərbayacan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Bizim mövqeyimiz tarixi ədalət üzərində qurulub. Bizim mövqeyimiz güclü ordu ilə tamamlanır. Ordumuz inkişaf edir. Mən hərbi hissələrdə tez-tez oluram və görürüəm ki, ordumuzun döyüş qabiliyyəti artır. Orduda xidmət edənlər Vətəninə xalqına bağlı olan insanlardır”.

Prezident İlham Əliyev Azərbaycanın son illər ərzində hərbi məsələlər üçün böyük vəsait hazırladığı qeyd edib: “Son illər ərzində müasir texnika, silah-sursat alınıb. Texnikanın bir hissəsi bugünki paradda nümayiş etdiriləcək. XXI əsrdə müharibələr daha çox texnologiyalar, biliklər üzərində qurulacaq. Bu zəmanənin tələbidir. Azərbaycanın son illər ərzində əldə etdiyi silahlar yüksək dəqiqiliyə, məhvetmə gücünə malikdir.

Güclü Azərbaycan gücsüz Ermənistanla istənilən dildə danışa bilər. Biz sadəcə bölgədə sabitliyi qorumaq üçün danışıqlar yoluna üstünlük veririk. Azərbaycanın razılığı olmadan bölgədə heç bir layihə icra edilə bilməz. Sabitliyi qorumaq üçün biz hələki siyasi yollara üstünülük veririk. Bizim iqtisadi gücümüz müqayisə edilməz dərəcədə artıb”.

/AnsPress/

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
12:40 10.03.2026
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi