“Prezident İlham Əliyev Münhendə ölkəmizin milli maraqlarını yüksək səviyyədə qorudu” - ŞƏRH

SİYASƏT
14:44 20.02.2023
2010
"Cənab Prezident İlham Əliyevin 59-cu Münhen Təhlükəsizlik Konfransında iştirakı və oradakı uğurlu görüşləri, diplomatik gedişləri bir daha ölkəmizin dövbəti dəfə beynəlxalq platformada çox böyük uğur qazandığının göstəricisidir”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. 

Deputat qeyd edib ki, görüşlərdə Cənab İlham Əliyev ölkəmizin milli maraqlarını, mənafemizi yüksək səviyyədə qorudu:

"Belə ki, həm ikitərəfli görüşlərdə, həm ABŞ Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Ermənistanın baş naziri Paşinyanla baş tutan üçtərəfli görüşdə Cənab İlham Əliyev ölkəmizin milli maraqlarını, mənafemizi orada yüksək  səviyyədə qorudu. Görüşdə Azərbaycan tərəfinin təklif etdiyi məsələləri səsləndirdi və görüşdən sonrakı müsahibəsində də qeyd etdi ki, Blinken də Azərbaycanın bütün bu qayğılı məsələlərini, təklif və tələblərini anlayır və qəbul edir. Təbii ki, görüşün uğurlu nəticələrini biz hələ qarşıda daha geniş sürətdə görə biləcəyik”. 

Millət vəkili bildirib ki, növbəti dəfə Azərbaycan Prezidenti bütün dünyanın gözü qarşısında Paşinyanı mat vəziyyətə qoydu:

"Digər məsələ konfransın Cənubi Qafqaz üzrə sessiyasında, Azərbaycan Prezidenti, Gürcüstanın və Ermənistanın baş naziri ilə debat formasında olan görüşdə növbəti dəfə Azərbaycan Prezidenti bütün dünyanın gözü qarşısında Paşinyanı mat vəziyyətə qoydu. Azərbaycanın haqlı tələblərinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğunu, Ermənistanın işğalçı olduğunu və Azərbaycanın tarixi qələbəsindən sonra Ermənistanın kapitulyasiya aktına imza atdığını söylədi. Növbəti dəfə Paşinyanı daha rəzil duruma saldı. Paşinyan növbəti dəfə ölkəsini biabır etdi. Əslinə qalsa, bunun kökündə, mayasında Ermənistanın işğalçılıq siyasəti dayanır. Çünki Paşinyan heç cür işğala haqq qazandıra bilməz, heç cür torpaqlarımızın işğal olunması, məscidlərimizin dağıdılması, evlərimizin talan edilməsi, yandırılması, ümumiyyətlə, yer üzündən silinən kəndlərimiz, şəhərlərimizlə bağlı obyektiv fikir söyləyə bilməz. Çünki bütün bu məsələlərin kökündə məhz Ermənistanın aqressiyası, işğal siyasəti dayanır”.

"Artıq Azərbaycan növbəti dəfə beynəlxalq platformada böyük uğurunu qazandı, fikrini söyləmək olar”, - deyə deputat əlavə edib.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR