Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının PrezidentiNursultan Nazarbayevə başsağlığı məktubu ünvanlayıb. AZXEBER.COM-un AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir: "Hörmətli Nursultan Abişeviç,
Almatı şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".