Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ə.M.Qarayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı.
AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə Əbülfəz Mürsəl oğlu Qarayev "Şöhrət" ordeni ilə təltif edilsin".