Prezident İlham Əliyev Niderlandın Azərbaycandakı səfirini qəbul edib

SİYASƏT
15:14 25.06.2013
1176

Prezident İlham Əliyev iyunun 25-də Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aryen Peter Uyterlindeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Niderland Krallığı arasında ikitərəfli münasibətlərin razılıq doğurduğu bildirilib, inşaat, memarlıq, su, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb, əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. 

Söhbət zamanı münasibətlərin möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, ikitərəfli əlaqələrin daha da genişləndiriləcəyinə əminlik ifadə edilib.

OXŞAR XƏBƏRLƏR