Prezident İlham Əliyev pensiyaları artırdı – SƏRƏNCAM

Prezident İlham Əliyev pensiyaları artırdı – SƏRƏNCAM
SİYASƏT
15:11 16.01.2016
7065
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə əmək pensiyalarının baza hissəsinin artırılması haqqında Sərəncam imzalayıb.
AZXEBER.COM AzərTac-a sitinadən xəbər verir ki, sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib.
Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, Azərbaycanın Milli qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu Sərəncama uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.
OXŞAR XƏBƏRLƏR