Prezident İlham Əliyev Quba rayonunun icra başçısını vəzifəsindən azad etdi

SİYASƏT
18:37 27.01.2015
9698
Mübariz Ağayev Quba rayonunun icra başçısı vəzifəsindən azad edilib.

AZXEBER.COM-un məlumatına görə, prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Mübariz Alı oğlu Ağayev Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin"

Dövlət başçısının digər sərəncamı ilə Yaşar Qəhrəman oğlu Məmmədov Quba rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.
OXŞAR XƏBƏRLƏR