Prezident İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib

Prezident İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
SOSİAL
13:56 09.02.2019
6788
Prezident İlham Əliyev fevralın 9-da Rusiyanın iqtisadi İnkişaf naziri, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZXEBER.COM xəbər verir ki, dövlət başçısı Maksim Oreşkinlə bu yaxınlarda Davosda keçirilən görüşü xatırladıb və onun ölkəmizə bu səfərinin əlaqələrimizin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev səfər zamanı ölkələrimiz arasında ticarət dövriyyəsi, nəqliyyat, birgə müəssisələrin yaradılması və digər sahələrdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı iki ölkənin prezidentləri arasında əldə edilmiş razılaşmaların və eləcə də ötən ilin sentyabrında Rusiyaya rəsmi səfəri zamanı imzalanmış sənədlərin icrası ilə bağlı artıq konkret işlərin həyata keçirildiyini bildirib, bunun əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricisi olduğunu deyib. Prezident İlham Əliyev bu il Samur çayı üzərində körpünün istifadəyə veriləcəyini qeyd edərək bunun hər iki ölkə vətəndaşlarının gediş-gəlişi üçün yaxşı imkanlar yaradacağına və əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyini bildirib. Dövlət başçısı bu gün Hacıqabulda "QAZ” avtomobillərinin istehsalı zavodunun təməlinin qoyulacağının əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı iqtisadi sahədə əməkdaşlıqla bağlı yol xəritəsi çərçivəsində əlaqələrin perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılacağına əmin olduğunu vurğulayıb. 

Azərbaycana səfərindən məmnunluğunu bildirən Rusiya Federasiyasının iqtisadi İnkişaf naziri, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədri Maksim Oreşkin ölkəmizə hər gəlişi zamanı Azərbaycanın ayrı-ayrı bölgə və şəhərləri, çoxlu sayda gözəl rəngarəng yerləri ilə tanış olduqlarını bildirib. Maksim Oreşkin Azərbaycan Prezidentinin ötən il Rusiyaya rəsmi səfəri zamanı təsdiq olunmuş yol xəritəsi üzrə Azərbaycanla fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edərək ticarət dövriyyəsi, investisiya və birgə layihələrin reallaşdırılması ilə bağlı müsbət dinamikanın mövcud olduğunu vurğulayıb. Rusiyalı nazir Azərbaycan-Rusiya sərhədinə səfər etdiklərini və Samur çayı üzərində körpünün inşası ilə bağlı işlərin gedişi ilə tanış olduqlarını qeyd edib. O, Azərbaycanla Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Qonaq bildirib ki, hazırda sərhəd boyu 3 buraxılış məntəqəsinin təkmilləşdirilməsi ilə bağlı gedən işlər Azərbaycanla Rusiyanın qarşılıqlı nəqliyyat bağlantısının inkişafına kompleks yanaşmanın tətbiq olunduğunu göstərir.

Söhbət zamanı infrastruktur, investisiya, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, birgə hökumətlərarası komissiyanın səmərəli fəaliyyət göstərdiyi qeyd olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb