Prezident İlham Əliyev Sabirabadda

Prezident İlham Əliyev Sabirabadda
SİYASƏT
18:20 29.08.2013
2159
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının yeni inşa olunmuş inzibati binasının açılışında iştirak edib.
AZXEBER.COM Azərtac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.Məlumat verildi ki, binanın inşasına 2012-ci ilin mayında başlanmışdır. Tikinti işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə görülməsi üçün bütün qüvvələr səfərbər olunmuşdur. Orijinal layihəsi, özünəməxsus memarlıq üslubu ilə tikilmiş üçmərtəbəli bina şəhərin görkəminə əlavə rəng qatır. Ümumi sahəsi 900 kvadratmetr olan bina müasir inventar və avadanlıqla təchiz olunub. Binanın foyesində xalqımızın ulu öndəri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən fotolardan ibarət stendlər yaradılmışdır. Binanın 60 nəfərlik iclas zalında partiyanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür. İkinci mərtəbədəki inzibati otaqlarda da hər cür şərait vardır. Buradakı konfrans zalı, arxiv və digər otaqlar müasir səviyyədədir.Qeyd edildi ki, Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının 1993-cü il yanvarın 16-da 16 ilk ərazi təşkilatının iştirakı ilə təsis yığıncağı keçirilmişdir. Hazırda isə 88 ilk ərazi təşkilatı fəaliyyət göstərir. Hazırda 7 min 256 siyasi həmfikiri birləşdirən YAP Sabirabad rayon təşkilatının üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər.Yeni Azərbaycan Partiyası təşkilatları üçün belə müasir binaların tikilməsi ilk növbədə işçilərin yüksək səviyyədə fəaliyyət göstərməsinə hesablanmışdır. Bu, həm də respublikanın ağır günlərində ulu öndər Heydər Əliyev tərəfindən yaradılan, çətin və şərəfli yol keçən, ölkənin çiçəklənməsində mühüm xidmətləri olan Yeni Azərbaycan Partiyasına göstərilən diqqəti nümayiş etdirir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib
22:35 10.03.2026
Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib