Prezident İlham Əliyev Salyanda

SİYASƏT
13:12 04.09.2013
1400

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də ölkənin cənub bölgəsinə səfəri çərçivəsində Salyan rayonuna səfər edib.

AZXEBER.COM xəbər verir ki, dövlət başçısı əvvəlcə rayonun mərkəzində Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov məlumat verib ki, Heydər Əliyev parkının yenidən qurulmasına 2011-ci ildən başlanıb. Ümumi sahəsi 22 min kvadratmetr olan parkda H. Əliyevin abidəsi ucaldılıb. Abidə Azərbaycanın Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, professor Natiq Əliyev tərəfindən hazırlanıb.

Diqqətə çatdırılıb ki, parkda 10 min kvadratmetr sahədə yaşıllıq salınıb, uzunluğu 65, eni 4 metr olan iki fəvvarə kompleksi tikilib, işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb, qranit və asfalt döşənib, su anbarı inşa olunub.

OXŞAR XƏBƏRLƏR