Azərbaycan prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gedib.
APA-nın məlumatına görə, Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Bodrum-Milas Beynəlxalq hava limanında prezident İlham
Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.