Prezident İlham Əliyev 'Twitter'də Azərbaycan xalqını təbrik etdi

Prezident İlham Əliyev
12:15 18.03.2013
1798
Dövlət başçısı Novruzun gəlişi münasibəilə soydaşlarımıza xoş arzularını çatdırıb.
AZXEBER.COM-un məlumatına görə, Prezident İlham Əliyev “Twitter” sosial şəbəkəsindəki rəsmi mikrobloqunda Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Dövlət başçısı bahar bayramı kimi dəyərləndirilən Novruzun gəlişi münasibəilə soydaşlarımıza xoş arzularını çatdırıb: “Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Azərbaycançılıq məfkurəsi ətrafında milli həmrəylik duyğusu ilə sıx birləşən və ölkəmizin hüdudlarından kənarda bayramı bizimlə birgə qarşılayan soydaşlarımıza salamlarımı yetirirəm. Qoy, bu bayram hər ailəyə bol ruzi-bərəkət və xoş ovqat gətirsin!”.Qeyd edək ki, Prezidentin "tvitter"də 45 mindən çox izləyicisi var. 
OXŞAR XƏBƏRLƏR