Prezident İlham Əliyev Vatikan nümayəndəsinin etimadnaməsini qəbul etdi
Bütün Xəbərlər
10:29 10.11.2012
954
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 9-da Müqəddəs Taxt-Tacın ölkəmizdəki apostol nunsisi Marek Solçinskinin etimadnaməsini qəbul etdi. Fəxri qarovul dəstəsinin qarşısından keçən Marek Solçinski etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.