“Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013” kitabının təqdimat mərasimi keçiriləcək

SİYASƏT
11:20 12.10.2013
1286

Oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) birgə layihəsi əsasında nəşr olunmuş "Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013" kitabının təqdimat mərasimi keçiriləcəkdir.

AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, iki cilddə tərtib olunmuş kitabda Prezident İlham Əliyevin 5 illik (2008-2013) fəaliyyəti dövründə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşləri, söhbətləri, habelə mədəniyyət məsələləri ilə bağlı nitqləri, çıxışları, səfərləri, müsahibələri, təbrikləri, bu sahəyə dair rəsmi materiallar, habelə qanun, fərman və sərəncamlar toplanmışdır.Yeni nəşrlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-2013-cü illərdə fəaliyyəti dövründə ölkənin ictimai-siyasi və mədəni həyatında köklü dəyişikliklər baş verməsi, böyük yüksəliş və nailiyyətlər qazanılması tam dolğunluğu ilə əksini tapmışdır.Tədbirdə bir çox dövlət və hökumət nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin iştirakı gözlənilir.

OXŞAR XƏBƏRLƏR