Prezident İlham Əliyev və Mixail Saakaşvili Bakı-Tiflis-Qars dəmiryolunun tikintisinin vacibliyindən danışdı

Prezident İlham Əliyev və Mixail Saakaşvili Bakı-Tiflis-Qars dəmiryolunun tikintisinin vacibliyindən danışdı
SİYASƏT
14:57 07.05.2013
1904
Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixail Saakaşvili bu gün Bakıda keçirdikləri görüşdə Bakı-Tiflis-Qars dəmiryolunun tikintisinin vacibliyini qeyd ediblər.Prezidentlər bildiriblər ki, sözügedən dəmiryolu magistralı hər iki ölkə üçün həlledici əhəmiyyət daşıyır.

Onların sözlərinə görə, Azərbaycan və Gürcüstan bu dəmiryolu vasitəsilə Avropaya çıxış imkanı əldə edəcək ki, bu da həm geosiyasi, həm də strateji əhəmiyyətə malik olub regionda sabitlik və təhlükəsizliyin əsas təminatlarından biri olacaq.

Qeyd edək ki, bir müddət öncə Gürcüstanın xarici işlər naziri Maya Pancikidze NATO-ya Əfqanıstandan çıxarılan yüklərin Bakı-Tiflis-Qars dəmiryolu vasitəsilə daşınmasını təklif edib.

//APA

OXŞAR XƏBƏRLƏR