Prezident İlham Əliyev və xanımı açılışda

Prezident İlham Əliyev və xanımı açılışda
SİYASƏT
13:56 02.10.2013
1369

“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 2-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub. Bildirildi ki, “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi Azərbaycan Respublikasının hava məkanında və bütün aeroportlarında uçuşların idarəedilməsi ilə məşğuldur. Bu idarə Beynəlxalq Mülki Aviasiya Təşkilatı - İKAO-nun tələblərinə uyğun olaraq 1996-cı il aprelin 1-də yaradılmışdır və Almaniyanın sertifikatlaşdırma orqanı - DQS-nin İSO keyfiyyət sertifikatını almışdır. Qurum Azərbaycan Respublikasının quru və su sərhədlərinə ümumilikdə 165,4 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə edir. Bu idarə tərəfindən xidmət göstərilən hava dəhlizinin uzunluğu 8 min kilometrdən çoxdur. Diqqətə çatdırıldı ki, dünyanın çoxlu sayda aviaşirkətləri Avropadan Asiyaya və geriyə uçuşlar həyata keçirərkən Azərbaycan Respublikasının hava məkanına daha çox üstünlük verirlər. “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi 2012-ci ildə 130 min, o cümlədən 80 min tranzit hava gəmisinə xidmət göstərmişdir. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar həyata keçirən aviaşirkətlərin sayı artmaqdadır. Respublikamızın hava məkanından təyyarələrin artan axınının buraxılış qabiliyyətini təmin etmək məqsədi ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binası istismara verilmişdir. Qeyd edildi ki, Baş Mərkəzin yeni binasının ümumi sahəsi beş min kvadratmetrdir. Dispetçer qülləsi daxil olmaqla binanın hündürlüyü 65 metrdir. Bina memarlıq quruluşu ilə seçilməklə Heydər Əliyev Beynəlxalq Aeroportunda aerovağzal terminalı daxil olmaqla bütün bina və komplekslərlə uyğunluq təşkil edir. Binanın birinci mərtəbəsində “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Administrasiyası, virtual muzey, Aviasiya Meteoroloji və Aeronaviqasiya İnformasiya mərkəzləri, “Azəraeronaviqasiya” İdarəsinin inkişaf və uçuşların təhlükəsizliyi şöbələri, ixtisaslaşdırılmış treninqlərin keçirilməsi üçün müasir avadanlıqla təchiz olunmuş otaqlar, konfrans zalları, yeməkxana, server və rabitə mərkəzi (İP ATS), fasiləsiz elektrik qidalandırıcı mərkəz, havalandırma sistemləri avadanlığı olan texniki otaqlar yerləşir. Binada Avropa istehsalı olan iki lift quraşdırılmışdır. Liftlərdən biri ikinci mərtəbəyə, digəri isə 65 metr hündürlükdə yerləşən Hava Hərəkətinin İdarəedilməsi qülləsinə qalxır. Mərkəzin ikinci mərtəbəsində Baş Hava Hərəkətini İdarəetmə Mərkəzinin əməliyyat zalı yerləşir. Əməliyyat zalından Azərbaycan Respublikasının bütün ərazisində hava hərəkətinin idarə edilməsi və nəzarəti həyata keçirilir. Mərkəzdə quraşdırılmış hava hərəkətinin idarə edilməsinin ən müasir avtomatlaşdırma sistemi – “AIRCON 2100” dünyada məşhur olan istehsalçı - İspaniyanın “İndra” şirkətindən alınmışdır. Bu mərtəbədə Hava Hərəkətinin İdarəedilməsi dispetçerlərinin həm standart, həm də qəza vəziyyətlərinə hazırlanması və təkmilləşdirilməsi üçün yeni trenajor kompleksi yerləşir. Burada Hava Hərəkəti İdarəsi qülləsinin radiolokasiya nəzarəti və vizual müşahidə üçün dispetçer trenajoru quraşdırılmışdır. Dispetçer İdarəetmə Məntəqəsindən ətraf ərazilər 360 dərəcədə müşahidə edilə bilir. Burada aerodromda uçuşların idarə edilməsi avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş dispetçer masaları (konsollar), hava-yer ultraqısa dalğalı (UQD) radiorabitə sistemi, perronda hava gəmisinin hərəkətinə videomüşahidə sistemi quraşdırılmışdır. Mərkəzdə yaradılmış şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı idarənin kollektivi ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb