Prezident İlham Əliyev və xanımı gimnastların məşqini izlədi - FOTOLAR

Prezident İlham Əliyev və xanımı gimnastların məşqini izlədi -  FOTOLAR
SİYASƏT
16:50 17.02.2014
1281
Xəbər verdiyimiz kimi, prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olublar.

AZXEBER.COM-a daxil olan məlumata görə, son illərdə ölkəmizdə idman infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər görülür, yeni obyektlər tikilib istifadəyə verilir. Təsadüfi deyildir ki, beynəlxalq Olimpiya Hərəkatının fəal üzvlərindən olan Azərbaycanda tikilən Olimpiya-İdman komplekslərinin sayı 40-ı ötür. Mövcud idman obyektlərində aparılan yenidənqurma işləri beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha da artırır. Azərbaycan 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına hazırlaşır.

İdman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Milli Gimnastika Arenasında görülən işlər də xüsusi əhəmiyyətə malikdir. Təməli 2009-cu ilin avqustunda dövlət başçısının iştirakı ilə qoyulan arenada tikinti işləri artıq başa çatmaq üzrədir.

Gənclər və idman naziri Azad Rəhimov arenada görülən işlərlə bağlı dövlət başçısına məlumat verdi. Bildirildi ki, kompleksin fasadı xüsusi formada işlənmişdir. Burada maraqlı illüminasiya elementlərini təqdim edən ekranlar quraşdırılmışdır. Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının keçirilməsi üçün uyğunlaşdırılmasıdır. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 9 min 600-ə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Avropada ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda otel də yaradılıb.

Diqqətə çatdırıldı ki, Milli Gimnastika Arenasında bu ilin iyununda bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, 2015-ci ildə birinci Avropa Oyunları çərçivəsində 6 gimnastika fənni üzrə yarışların, 2019-cu ildə isə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına lisenziya xarakterli dünya çempionatının burada keçirilməsi planlaşdırılır.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ayrıca inşa edilmiş məşq zalında yaradılan şəraitlə tanış oldular. Dövlət başçısı və xanımı burada gimnastların məşq prosesini izlədilər. Məşq zalında idmançılar üçün hər cür şəraityaradılıb.

Qeyd edək ki, Avropa Gimnastika İttifaqının prezidenti də arenada yaradılan şəraiti yüksək qiymətləndirmişdir. Zalda ən son gimnastika avadanlığı quraşdırılmışdır. Həmin avadanlıq Avropa Gimnastika İttifaqının və Azərbaycan Gimnastika Federasiyasının tövsiyələrinə əsasən yerləşdirilmişdir. Hazırda burada bədii gimnastika və kişilər arasında idman gimnastikası, batut, akrobatika, tamblinq üzrə yığma komandalar məşq edirlər. Burada, eyni zamanda, Beynəlxalq Gimnastika Federasiyasının təşkil etdiyi məşqçi kursları keçirilir. Son iki ayda təlim-məşq hazırlığını Türkiyədən, Qazaxıstandan, Latviyadan, Meksikadan və Macarıstandan olan qadın gimnastlar keçmişlər. Kanada, Çexiya, Yunanıstan və Finlandiyadan da qadın gimnastların yaxın zamanlarda Bakıya gəlişi gözlənilir.

Dövləti başçısına və xanımına milli yığmanın forması təqdim olundu.

Sonda xatirə şəkli çəkdirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək