Prezident İlham Əliyev xanımıyla Şanxayda ziyafətdə iştirak edib - FOTOLAR

SİYASƏT
00:18 21.05.2014
1625

Prezident İlham Əliyev Şanxayda dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib.

AZXEBER.COM xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Şanxaya gələn dövlət və hökumət başçılarının şərəfinə mayın 20-də axşam ziyafət verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ziyafətdə iştirak ediblər.

Çin Xalq Respublikasının sədri Si Cinpin və xanımı Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıblar.

OXŞAR XƏBƏRLƏR