Prezident İlham Əliyev yəmənli həmkarını təbrik edib

SİYASƏT
19:00 21.05.2014
1052
Prezident İlham Əliyev Yəmən Respublikasının Prezidenti Abdurabbih Mənsur Hadiyə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Yəmən Respublikasının milli bayramı - Yəmən birliyi günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik 
edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Yəmən arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yəmən xalqına sülh və firavanlıq arzulayıram".
OXŞAR XƏBƏRLƏR