Azərbaycan Prezidenti İlham Əliyev Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub.
AZXEBER.COM-un Azərtac-a istinadən məlumatına görə, nəqliyyat naziri Ziya Məmmədov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov əvvəlcə dövlət başçısına Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolunda həyata keçirilən yenidənqurma işləri barədə məlumat veriblər.
Sonra Prezident yeni elektrik qatarında yaradılan şəraitlə tanış olub. İlham Əliyev qatarı idarə edib.
Dövlət başçısına Bakı şəhəri-Heydər Əliyev Beynəlxalq Aeroportu dəmir yolu xəttinin layihəsi barədə də məlumat verilib.
Bildirildi ki, sutka ərzində bu dəmir yolu ilə 30-35 min sərnişinin daşınması proqnozlaşdırılır.







