Prezident İlham Əliyev zəlzələ zamanı qəbulu yarımçıq saxlamadı - VİDEO

SİYASƏT
00:45 10.09.2013
4448

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanlar Şurasının 70-ci iclasının nümayəndələrini qəbul edib.

AZXEBER.COM 1news.az-a istinadən xəbər verir ki, prezidentin qəbulu Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verdiyi zamana təsadüf edib.

İclas keçirildiyi zalda zəlzələ hiss olunub. Kadrlardan görünür ki, Prezident İlham Əliyev hadisəni çox sakit qarşılayır, qonaqlar isə ciddi narahatçılıq keçirir.

Prezidentin bu hadisə soyuqqanlıqla qarşılaması sosial şəbəkələrdə də rəğbətlə qarşılanıb və onun əsl lider kimi davrandığı yazılıb.

Həmin görüntüləri təqdim edirik:

OXŞAR XƏBƏRLƏR