"Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək"

"Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək"
SİYASƏT
11:39 12.11.2024
143
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır.

Dörd təsisçi üzv arasında əməkdaşlıq forumu kimi başlayan TDT, indi əlavə müşahidəçilərlə yeddi üzv dövlətdən ibarət olan nüfuzlu təşkilata çevrilib. Bu birlik təkcə siyasi və iqtisadi ittifaq deyil, həm də türk irsi və dəyərlərinin mədəni və sosial birləşməsini təmsil edir.

Azərbaycan-TDƏŞ inkişaf etməyə davam etdikcə, Azərbaycan türkdilli xalqlar arasında ittifaqı möhkəmləndirməyi qarşısına məqsəd qoyaraq, Türk Dünyası daxilindəki roluna daha çox üstünlük verir. 

Prezident İlham Əliyev: "Biz Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan türkdilli dövlətlər arasında əlaqələri gücləndirmək məqsədi daşıyan strateji təşəbbüsə rəhbərlik edir. Türk Dövlətləri Təşkilatı ətrafında cərəyan edən bu təşəbbüs təkcə regional əməkdaşlığı nəzərdə tutmur, o həm də vahid Türk dünyası yaratmağa hesablanıb. 2009-ci ildə imzalanan Naxçıvan Sazişi ilə əsası qoyulan bu təşkilat üzvləri arasında qarşılıqlı etimadı, sülhü və rifahı təşviq etmək üçün dinamik foruma çevrilib".

Xüsusi qeyd etməliyik ki, Azərbaycanın bu təşkilata nə qədər birlik əzmində diqqətlə yanaşmasını sonuncu dəfə Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən TDT Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışında açıq-aydın gördük. Prezident İlham Əliyev çıxışında deyir: "Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın TDT Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək”. 

Andiçmə mərasimində "Biz Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritet məsələdir", - deyən Prezident Əliyev Azərbaycanın xarici siyasətinin yol xəritəsini aydın şəkildə vurğulamışdı. 

Prezident İlham Əliyev Azərbaycanın TDT üzrə strategiyasını dəqiq müəyyən edərək TDT-ni təkcə türk dünyasının kollektiv maraqlarına cavab verən təşkilat kimi deyil, həm də sülh, sabitlik və qarşılıqlı inkişafında önəmli rolu olan əsas platforma kimi nəzərdə tutur. 

Prezident İlham Əliyev Bişkekdə keçirilən TDT Dövlət Başçılarının 11-ci Zirvə görüşündə Türk Dövlətləri Təşkilatına qarşılıqlı hörmət və ehtirama əsaslanaraq bildirmişdir: "Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır. Fürsətdən istifadə edərək, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim. 200-ə yaxın ölkə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür. Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər”.

Heç şübhəsiz, bu fikirlər Prezident İlham Əliyevin Türk dünyasına verdiyi xüsusi önəmin, türk dövlətləri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olmasının, həmçinin türk birliyi və həmrəyliyinin, TDT-nin bundan sonra da inkişaf edərək möhkəmləndirilməsinə əminliyin parlaq ifadəsidir.
 
Zamin Zeynal:
Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədr müavini, QHT sədri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
11:48 07.06.2025
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
Yağıntılı hava nə vaxtadək davam edəcək?
11:25 07.06.2025
Yağıntılı hava nə vaxtadək davam edəcək?
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
11:14 07.06.2025
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi