Prezident İlham Əliyevdən usta gedişləri

Prezident İlham Əliyevdən usta gedişləri
SİYASƏT
13:46 29.01.2019
4177
Azər Həsrət

Usta siyasətçi buna deyərlər. İl təzə başlayıb. Sağda-solda siyasət adamları özünü toparlayıb hərəkətə keçməyə hazırlaşır, bu isə artıq iki böyük gedişlə həm içəridəki, həm də dışarıdakı bədxahlarını mat qoyub. Siyasət hər adamın işi deyil deyəndə, çoxları inanmır. Buyurun, bu da daha bir örnəyi, həm də usta gedişi.

Prezident İlham Əliyevdən danışıram. Yanvar ayı başlar-başlamaz ona qarşı hər cür üsula əl atanlar əl-ələ verib hərəkətə keçdilər. Əvvəlcə Mehman oyunu oynandı. Acdır, toxdur, qatıq yeyir, süd içir deyib ta okeanın o tayına qədər çığırışdılar. Hətta Mehmanın özü belə onların əsassız iddialarını bir neçə dəfə yalanladı, amma adamlar usanmaq istəmədilər. Məqsəd, təbii ki, Mehmanın hüquqlarını qorumaq deyildi. Bu olaydan yararlanıb Prezident İlham Əliyevi və bütövlükdə Azərbaycan dövlətini gözdən salmaqdı.

Bacarmadılar. Alınmadı. Elə Mehmanın özü iki dəfə açıqlama verib onları yalanladı. Bu da yetməyincə öz dövlətinin rəhbərinə müraciət etdi, nicatı Vaşinqtondan, Strasburqdan filandan deyil, vətəndaşı olduğu dövlətdən aradı. Azərbaycan Prezidenti də hər zaman olduğu kimi ayrıseçkilik qoymadan vətəndaşına sahibləndi. Hətta o vətəndaşın həbsxana sakini olmasına belə baxmadan. Bir gedişlə Mehmanın ətrafında toz-duman qaldırmaq istəyənlərin qazını aldı. Bir anın içində həm də. Adamlar sarsıldılar, çaşdılar, nəyə uğradıqlarını kəsdirəndə isə artıq gec idi. Bu dəfə də hədəfə aldıqları liderin təcrübəsini, ustalığını diqqətə almamışdılar. Batdı mayaları. Qrantlar havada qaldı. Ağaları da bunları növbəti dəfə danladı…

Və cəmiyyəti narahat edən daha bir məsələ vardı. Şəhid ailələrinin bir qismi onlara çatacaq pulu almaqda çətinlik çəkirdi. Yerlərdəki bəzi özünübilməz məmurlar da onları yetərincə dinləyib yol göstərməkdə tənbəllik edirdilər.

Şəhid ailələrinin üzvləri haqlı olaraq əzizlərini uğrunda qurban verdikləri dövlətdən narazılıq edirdilər. Burda da fürsət gözləyən goreşənlər boş dayanmırdılar. Hər gün sağa-sola bağırıb-çağırır, Prezident İlham Əliyevin şəhid yaxınlarına biganə yanaşdığını iddia edirdilər. Hətta buna əsaslanıb həssas vətəndaşlarımızı "rejim”ə qarşı amansız mübarizəyə çağırırdılar…

Məsələdən xəbərdar olan Prezident İlham Əliyev 1-ci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə şəxsən durumu nəzarətə götürdü, ortada olan anlaşılmazlığın çözümü üçün hərəkətə keçdi. Yanvar ayı bitmədən məsələ tam olaraq həllini tapdı. Özü də bunun belə olacağı haqqında heç kimdə bilgi yoxdu. Bədxahlar da sevinirdilər ki, şəhid qanı üzərindən çirkin antitəbliğatı davam etdirib ağalarından "afərin” alacaqlar. Olmadı. Bu dəfə də olmadı, alınmadı.

Prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyeva şəxsən şəhid yaxınlarının ayağına qədər gəldi, onları bir araya topladı, öz doğmaları kimi bağrına basdı. Rəhbərlərimiz əziz şəhidlərimizin dövlətimizə əmanət etdiyi yaxınlarına sahibləndiklərini sözdə deyil, əməldə göstərdi. Onlarla qucaqlaşdılar, övladlarını, həyat yoldaşlarını, qardaşlarını bu Vətən üçün boşuna fəda etmədiklərini göstərdilər. Bəli, dövlət və onun rəhbərləri bir daha hər kəsə göstərdilər ki, bu Vətən üçün şəhid olmağa dəyər!

İlham Əliyev yanvar ayında etdiyi bu gedişlərlə çox böyük oyunları pozdu! O, Azərbaycanı ən həssas yerindən vurmaq istəyənləri bir müddət yaxına buraxdı, təmkinlə, ağsaqqal müdrikliyilə izlədi, gözlədi. Atəş məsafəsinə yaxınlaşınca da sərrast nişan aldı, eyni təmkinlə atəş açdı. Kinsiz, qəzəbsiz etdi bunu. Necə ki, bütün əməllərində alicənab davranır, bu əməlində də eyni alicənablığı, eyni kübarlığı sərgilədi. Bacardı bunu. Bacarması da təəccüblü olmadı. Bizim üçün əlbəttə. Amma ona qarşı çirkin oyunlar düzənləyən yarımqafalılar üçün çox təəccüblü oldu, çox!

Yanvarın bitməsinə iki gün qalıb. İlin ilk ayı İlham Əliyevin usta gedişlərilə tarixin bu kəsiminə öz damğasını vurdu. Əgər bu gedişlərdən sonra da qaragüruh öz əməllərini davam etdirəcəksə, daha ağır məğlubiyyətlərin onları gözlədiyini anlamalıdırlar. Həm də onu anlamalıdırlar ki, onların bu bəd əməlləri bu dəfə də Azərbaycan xalqı ilə Prezident İlham Əliyev arasındakı birliyi poza bilmədi! Əksinə, belə əməllər dövlətlə xalqın birliyini daha da möhkəmləndirdi, möhkəmləndirməyə davam edəcək.

Təəccüblüdürmü? Deyil. Dövlətin başında usta siyasət adamı, təcrübəli lider olunca xalqla dövlət arasına girənlər bu sonuclardan fərqli sonuclar qazanmazlar ki…

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
15:30 04.07.2025
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
Almaxanım ana oldu
15:20 04.07.2025
Almaxanım ana oldu
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
15:15 04.07.2025
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
15:13 04.07.2025
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
15:11 04.07.2025
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
Beyniniz hər gecə lazımsız xatirələri silir
15:11 04.07.2025
Beyniniz hər gecə lazımsız xatirələri silir
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib