Prezident İlham Əliyevin Avstriyaya rəsmi səfəri başladı - FOTOLAR

SİYASƏT
10:35 13.05.2013
1703
Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya rəsmi səfəri başlayıb.Vyanada prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.Ölkə başçısı Vyanadakı Dunay parkında Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsini ziyarət edib.Daha sonra prezident Avstriyanın “OMV AG” şirkətinin baş icraçı direktoru Gerhard Roiss ilə görüşüb.Görüşdə Azərbaycanla “OMV AG” şirkəti arasında əməkdaşlıq, enerji sahəsində gələcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.//APA

OXŞAR XƏBƏRLƏR