"Prezident İlham Əliyevin Fransaya səfəri Azərbaycanın Aİ-yə daha sıx inteqrasiyasına da böyük fayda verəcək"

"Prezident İlham Əliyevin Fransaya səfəri Azərbaycanın Aİ-yə daha sıx inteqrasiyasına da böyük fayda verəcək"
SİYASƏT
13:33 24.07.2018
6711
Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri Azərbaycanın dünyaya, eləcə də Avropa İttifaqına daha sıx inteqrasiyasına böyük fayda verəcək.
 
AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib. Onun sözlərinə görə, Azərbaycan hər zaman dünyanın tanınmış və nüfuzlu dövlətlərindən olan Fransa ilə münasibətlərə xüsusi diqqət yetirib: "Dövlətimizin başçısı İlham Əliyev də prezidentliyi dövründə daim bu ölkə ilə münasibətlərin inkişafına önəm verib və buna nail olub. Bəzən fikirlər səslənir ki, Fransa Ermənistanın dostudur, orada erməni diasporu güclüdür, ona görə də Fransa daha çox ermənipərəst mövqe ilə seçilir. Ancaq İlham Əliyev elə bir siyasət yürüdür ki, artıq Fransa neytrallaşmaq üzrədir. Heç bir dövlət öz maraqlarını qoyub başqa dövlətin maraqlarını təmin edən deyil. Bu mənada Azərbaycan buradan ikitərəfli fayda götürür".
 
Millət vəkili bildirib ki, Azərbaycan yeni texnologiyalar qazanır, özünün qeyri-neft sektorunun inkişafı ilə bağlı bu sahədə çox böyük təcrübəsi, yeni texnologiyası olan dövlətlərlə müqavilə bağlayır və beləliklə də həmin sahəni müasir tələblər səviyyəsində inkişaf etdirə bilir: "Fransa Azərbaycanla əməkdaşlıq etməklə özü üçün faydalar götürür. Fransa ilə əməkdaşlıq həm də bizim xeyrimizdədir. Prezident İlham Əliyev elə partnyorlarla işləyir ki, onlardan həm siyasi, həm iqtisadi fayda götürür, həm də müasir texnologiyaların ölkəmizə gətirilməsinə imkan yaradır". B.Sadıqovun sözlərinə görə, Fransa artıq açıq-aşkar ermənipərəst mövqe tutmayacaq: "Çünki Azərbaycanla Fransa arasında belə görüşlər keçirilir, belə yüksək əlaqələr qurulur. Hazırda iki ölkə arasında yüksək səviyyəli əlaqələri var".
 
Qeyd edək ki, Prezident İlham Əliyev 19-20 iyul tarixlərində Fransada səfərdə olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Lavrov Azərbaycana gəlib
17:07 14.10.2026
Lavrov Azərbaycana gəlib
Bu bürclər pul qazansa da, varlana bilmir
16:57 14.10.2026
Bu bürclər pul qazansa da, varlana bilmir
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
16:47 14.10.2026
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
16:39 14.10.2026
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
16:38 14.10.2026
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
16:27 14.10.2026
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
16:22 14.10.2026
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
16:17 14.10.2026
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
15:58 14.10.2026
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
15:53 14.10.2026
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
15:39 14.10.2026
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
İran XİN müavini Azərbaycana gəlir
15:37 14.10.2026
İran XİN müavini Azərbaycana gəlir
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
15:34 14.10.2026
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO
15:23 14.10.2026
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO
Qrip sürətlə yayılır: Özümüzü necə qoruyaq?
15:20 14.10.2026
Qrip sürətlə yayılır: Özümüzü necə qoruyaq?
Rutte: “Lazım olan yerdə cavab verəcəyik”
15:18 14.10.2026
Rutte: “Lazım olan yerdə cavab verəcəyik”